xebermen.az

“WhatsApp”da yenilik: Bu, icazəsiz mümkün olmayacaq!

10-04-2025, 09:13

 

"WhatsApp" istifadəçilərin məxfiliyini daha da möhkəmləndirəcək.

Bunun üçün "söhbət məxfiliyi" təkmilləşdiriləcək. Bununla bir istifadəçinin digərinin söhbətlərini qeyd etməsi və ya göndərməsi prosesinə mane yaradılacaq.

Yenilik istifadəçilərə mesajları üzərində daha çox nəzarət etmək imkanı verir. İstifadəçi bu funksiyanı aktivləşdirərsə, foto və video kimi media faylların avtomatik olaraq başqalarının cihaz qalereyasında saxlanılmasına son qoyulacaq. Həmçinin, istifadəçilərin bütün söhbətlərinin kopyalanaraq başqa yerə göndərilməsinin də qarşısı alınacaq.

Bu tədbirlər istifadəçilərin şəxsi söhbətlərinin digər şəxslər tərəfindən icazəsiz qeydə alınmasını və ya paylaşılmasını mümkünsüz hala gətirəcək.

Qeyd edək ki, bəhs edilən funskiya artıq "WhatsApp"ın beta versiyasında istifadəyə verilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930