xebermen.az

Qazlı şəkərli içkilər ağız xərçəngi yaradır - DİQQƏT

20-03-2025, 09:26

 

Siqaret çəkməyən və alkoqol istifadə etməyən qadınlarda da ağız xərçənginin yaranması dəhşətli faktı üzə çıxarıb.

Araşdırmalar nəticəsində məlum olub ki, şəkərli və qazlı içkilərin ağız xərçəngi riskini artırdığı müəyyən edilib.

Araşdırmanın nəticələri barədə məlumat "JAMA Otolaryngology-Head & Neck Surgery" jurnalında dərc edilib.

Əvvəllər əsasən siqaret, alkoqol vərdişi ilə əlaqələndirilən ağız xərçəngi, siqaret istifadəsinin azalmasına baxmayaraq Qərb ölkələrində artmaqdadır. Vashington Universitetinin mütəxəssisi Dr. Brittany Barber bu xərçəng növünün süd vəzi və ya yoğun bağırsaq xərçəngi qədər geniş yayılmadığını, lakin siqaret və alkoqol istifadə etməyən qadınlar arasında artmasının narahatlıq doğurduğunu deyib. 2020-ci ildə dünyada 355 mindən çox ağız xərçəngi halı qeydə alınıb və təxminən 177 min insan bu xəstəlik səbəbindən həyatını itirib. Alimlər siqaret və alkoqoldan əlavə, qidalanma vərdişlərinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Bu araşdırma şəkərli içkilərin yalnız piylənmə və diabetə deyil, həm də ağır xərçəng növlərinə səbəb ola biləcəyini göstərən ilk elmi işlərdən biri hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30