xebermen.az

ÜST elan etdi: Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artır

8-02-2025, 21:54

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırması agentliyi siqaret çəkməyənlər arasında ağciyər xərçəngi hallarının artdığını və havanın çirklənməsinin artımda əsas amil olduğunu bildirib.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) məlumatına görə, ağciyər xərçəngi bütün dünyada xərçənglə bağlı ölümlərin arasında beşinci yerdədir. Xüsusilə adenokarsinomanın həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən ağciyər xərçəngi növü olduğu bildirilib.

“The Lancet Respiratory Medicine” jurnalında dərc edilən araşdırmaya görə, 2022-ci ildə havanın çirklənməsinə məruz qalma səbəbindən təxminən 200 min adenokarsinoma hadisəsi aşkar edilib. Bu halların əksəriyyəti Şərqi Asiyada, xüsusən də Çində baş verib.

Ağciyər xərçəngi dünyada ən çox yayılmış və ən ölümcül xərçəng növü olmaqda davam edir. 2022-ci ildə təxminən 2,5 milyon yeni ağciyər xərçəngi hadisəsi aşkar edilib. Bununla belə, xərçəng növləri arasında bölgüdə əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Adenokarsinoma kişilərdə ağciyər xərçənginin 45,6 faizini, qadınlarda isə 59,7 faizini təşkil edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930