xebermen.az

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

29-01-2025, 21:53

 

Məlum olduğu kimi, yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Son statistik məlumatlara əsasən, bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı 59 saylı Quba seçki dairəsində müşahidə olunub. Bu seçki dairəsində 49 min 795 seçicidən 19 min 172 nəfəri (38,50 faiz) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə isəə 54 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,45 % olub. Dairə üzrə 12 291 seçici məntəqələrə gedərək səs verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930