xebermen.az

Şəkərsiz adı ilə aldığımız məhsullar zəhər saçırmış

8-01-2025, 14:55

 

Son illərdə insanların şəkər istehlakını azaltmaq üçün daha çox süni dadvericilərə yönəlməsi halları artıb. Lakin, bu dadvericilər sağlamlığa ciddi zərər vurur.

Tədqiqatlar süni dadvericilərin qanda şəkəri yüksəltməsi və maddələr mübadiləsini pozması kimi mənfi təsirlərə yol açdığını üzə çıxarmışdır.

Süni dadvericilər kalorisi olmadığından şəkər əvəzi olaraq istifadə edilir, amma bu maddələr bədəndə şəkərə bənzər təsirlər yarada bilir. Araşdırmalar göstərib ki, bəziləri qanda şəkəri artıraraq, insulin səviyyələrini yüksəldir və bu da bədənin şəkərlə balansını poza bilər. Bu vəziyyət, xüsusilə şəkər xəstələri üçün təhlükəli ola bilər.

Həmçinin, dadvericilər şəkər asılılığına səbəb ola bilər. Aspartam və sukraloz kimi süni dadverici maddələr bağırsaq florasında pozulmalara səbəb olaraq, iltihablanmalara və həzm problemlərinə yol açır.

Süni dadvericilərin istifadəsi xüsusilə şəkər xəstəliyi olanlar arasında geniş yayılmış olsa da, tədqiqatlar bu maddələrin insulin müqavimətini artıra biləcəyini və bu səbəbdən II tip diabet riskini yüksəltdiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930