xebermen.az

Bu universitetə rektor əvəzi təyin edildi

15-03-2025, 17:55

 

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

Bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.

Qərara əsasən, Xəzər Universitetinin rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor, professor Məhəmməd Nuriyevə həvalə olunub.

M.Nuriyev 1946-cı ildə Zaqatalada andan olub. Texnika elmləri doktorudur. 1997-ci ildən Xəzər Universitetində çalışır.

Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib. Onun rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub. İ.Xəlilova hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.

Xatırladaq ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sərdi professor Hamlet İsaxanlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930