xebermen.az

Qərbi Azərbaycan İcması UNESCO-nun nümayəndəsinin Azərbaycanla bağlı mövqeyini QINAYIB

1-11-2024, 14:59

 

"Qərbi Azərbaycan İcması olaraq UNESCO-nun nümayəndəsi Krista Pikkatın Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi məsələsi ilə bağlı ifadə etdikləri mövqeyi qınayırıq və rədd edirik".

Bu fikirlər icmanın yaydığı bəyanatda öz əksini tapıb.

Bildirilib ki, UNESCO rəsmisinin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı UNESCO-nun müvafiq addımlar atması üçün dəfələrlə göndərilmiş müraciətlərin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir.

"UNESCO-nun Azərbaycan xalqına qarşı dini və etnik əsasda nümayiş etdirdiyi bu ayrı-seçkilik bu təşkilatın Fransanın əlində anti-Azərbaycan siyasət üçün bir alətə çevrildiyini göstərir. UNESCO-dan Azərbaycana və xalqımıza qarşı böhtan və ayrı-seçkiliyə son qoymağı və Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı öz vəzifə borcunu nəhayət yerinə yetirməyi, o cümlədən, bu ölkəyə xüsusi monitorinq missiyası göndərməyi tələb edirik", - deyə bəyanatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930