Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
Ermənistan hakimiyyəti xarici ölkələrdə akkreditasiya olunmuş diplomatik nümayəndəliyə qondarma “erməni soyqırımı” ilə bağlı gizli əmr verib.
Bu iddia ilə erməni türkoloq Varujan Qeqamyan çıxış edib.
Qeqamyan iddia edir ki, səfirlik əməkdaşlarına “soyqırımı” məsələsində Osmanlı imperiyasının rolunun olduğunu dilə gətirmək qadağan olunub.
“Gizli əmrdə bildirilir ki, səfirliklər fəaliyyət göstərdikləri ölkələrdəki erməni icmaları ilə işləməli və onların “soyqırımı” məsələsində Osmanlı imperiyasının adını çəkməməyə sövq etməlidir”, - o iddia edib.
Erməni türkoloq qeyd edib ki, bir müddət sonra (qondarma) “soyqırımı”nın baş verdiyi və günahkarın Türkiyə olduğuna dair hansısa ictimai tədbirlərin keçirilməsi də qadağan olunacaq.
Qeyd edək ki, ermənilər hələ də uydurma “soyqırımı”nı qeyd edir və buna görə Osmanlı imperiyasını, eləcə də hazırki Türkiyə dövlətini ittiham edir. Türkiyə dəfələrlə arxivlərin açılmasını təklif etsə də, Ermənistan tərəfi bundan imtina edib, çünki arxivlərin açılması “soyqırımı” iddiasının uydurma olduğunu ortaya çıxaracaq. Paşinyan isə “soyqırımı” iddialarına şübhə ilə yanaşır. Erməni baş nazir bir müddət öncə “soyqırımı qurbanları”nın adlarının bir-bir araşdırılacağını gündəmə gətirib. O bildirib ki, 1915-ci ildə 1,5 milyon insanın ölməsi məntiqli deyil.