xebermen.az

Türkiyə və İsrail arasında müzakirə başladı: Elə bir mexanizm qurulacaq ki...

10-04-2025, 16:29

 

İsrail və Türkiyə Suriyada ölkələr arasında qarşıdurmaların və insidentlərin qarşısının alınması mexanizminin yaradılması imkanlarını müzakirə edirlər.

Bu barədə “The Jerusalem Post” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbəsi iddia edir ki, hər iki ölkə Bəşər Əsədin prezidentliyi dövründə İsrail və Rusiya arasında mövcud olan mexanizmə bənzər mexanizm yaratmağa çalışır. Mənbənin sözlərinə görə, bu mexanizm keçmişdə Moskva ilə Təl-Əviv arasında “lazımsız insidentlərin qarşısını uğurla alıb”.

İsrail hakimiyyəti hazırda Türkiyəni qonşu Suriyada hərbi mövcudluğunu gücləndirmək cəhdində və orada hərbi bazalar yaratmaq niyyətində ittiham edir və həmçinin belə ssenarilərin qəbuledilməz olduğunu bəyan edir. İsrailin baş naziri Benyamin Netanyahu bu həftənin əvvəlində Suriyada Türkiyə ilə potensial münaqişənin həlli üçün vasitəçilik səylərinə ehtiyac olarsa, ABŞ-a müraciət edəcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz növbəsində aprelin əvvəlində bəyan etmişdi ki, Ankara nə İsraillə, nə də Suriyadakı heç bir ölkə ilə münaqişəyə meylli deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930