xebermen.az

Ərdoğanla danışan Makron bu cavabı alıb: Trampa deyəcəyəm ki....

24-02-2025, 09:18

 

Fransa prezidenti Emmanuel Makron fevralın 23-ü, bazar günü dünya liderləri ilə telefonla Ukrayna məsələsini müzakirə edib .

Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan , Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın baş naziri Key Starmer, Macarıstanın baş naziri Viktor Orban və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə zəng edib.

“Bir neçə saat ərzində fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Kosta, Şolys, Starmer, Ərdoğan və Orbanla danışdım”, - Makron bildirib.

Fransa lideri bəyan edib ki, müxtəlif ölkələrin nümayəndələri Ukraynada uzunmüddətli və sabit sülhə nail olmaq istəyirlər.

Fransa prezidenti Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. “Əgər belə bir söhbət Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar üçün faydalı olarsa, əlbəttə ki, mən Vladimir Putinlə yenidən danışacağam”, - o bildirib.

Eyni zamanda Makron bəyan edib ki, Ağ Ev rəhbəri Donald Trampı Rusiya prezidenti ilə münasibətlərdə “zəif olmamağa” çağırmaq niyyətindədir:

“Mən Trampa demək niyyətindəyəm ki, Putinlə zəif ola bilməzsən. Bu, sizin təbiətinizdə deyil, sizin təyinedici xüsusiyyətiniz deyil və sizin maraqlarınızda deyil”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30