xebermen.az

Ermənistan kəşfiyyatı Azərbaycanla müharibə hesabatı yaydı - Sərhəddə toqquşma...

23-01-2025, 15:08

Azərbyacanın Ermənistana genişmiqyaslı hərbi hücumu ehtimalı yüksək deyil.

Bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2025-ci il üçün hazırladığı hesabatda qeyd olunur.

Lakin Ermənistan kəşfiyyatı iddia edir ki, sülh müqaviləsi imzalanmadığı üçün sərhəddə lokal gərginlik və eskalasiya riski davam edəcək: “Bu risklərin azaldılmasının yolu 2024-cü ildə başlayan delimitasiya və demarkasiya prosesinin davam etdirilməsidir”.

Hesabatda “Qərbi Azərbaycan, Qərbi azərbaycanlılar”, “Ermənistanın hərbiləşdirilməsi”, “revanşizm”, “Zəngəzur dəhlizi” ifadələrinin guya regional sabitliyə qarşı olduğu iddia edilir.

Bununla yanaşı, regional kommunikasiyanın blokdan çıxarılması perspektivində Zəngəzur dəhlizi layihəsinə yer olmadığı fikri irəli sürülür.

Bütün bu iddialar Ermənistanın sülhə qarşı olan mövqeyinin 2025-ci ildə də davam etdiriləcəyindən xəbər verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30