xebermen.az

“Əskipara üçbucağı” Azərbaycana qaytarılır: Ermənilər “döyüşəcəyik” deyirlər

21-01-2025, 13:27

 

“Tavuşda yeni birtərəfli güzəştlər gözlənilir. Bu dəfə sərhədin demarkasiyası prosesi çərçivəsində Kirants-Əskipara hissəsindən ərazilər Azərbaycana qaytarılacaq”. 

Bu barədə Ermənistan mətbuatı yazıb. “Kirantsdan olan Andranik Nazaryan bildirdi ki, söhbət “Əskipara üçbucağı” adlanan və son dərəcə mühüm strateji əhəmiyyətə malik ərazidən gedir. Bu ərazi Azərbaycana qaytarılandan sonra bir sıra ərazilər, o cümlədən qaz kəməri, yol onların nəzarətinə keçəcək”, - “Hraparak” yazıb.

Böyük ehtimalla, söhbət Azərbaycanın anklav olan kəndlərinin qaytarılmasından gedir. Amma ermənilər Azərbaycana məxsus olan kəndlərin qaytarılması ilə barışmırlar. Bildirilir ki, yerli ermənilər sakit dayanmaq fikrində deyillər və döyüşməyi planlaşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031