xebermen.az

Rusiya İranla hərbi ittifaq yaradır? - Tehrandan AÇIQLAMA

15-01-2025, 08:39

 

"Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur".

Bu barədə TASS İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadla məlumat yayıb.

Əraqçi deyib ki, Moskva ilə Tehran arasında razılaşma mürəkkəb və əhatəlidir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini, ilk növbədə, iqtisadiyyat və ticarəti əhatə edir.

Əraqçi vurğulayıb ki, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva etsə də, ölkələr hərbi ittifaq yaratmaq niyyətində deyil.

Yanvarın 14-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin 20 il müddətinə bağlanacağını bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031