xebermen.az

Azərbaycanda ilk - Meyitdən 3 şəxsə orqan köçürüldü

24-02-2025, 12:48

 

Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub.

Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.

Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib. Bununla da, orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.

Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.

Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.

Qeyd olunub ki, bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930