xebermen.az

Dünyanı bu xəstəlik bürüyəcək: 2029-cu ilə kimi...

11-02-2025, 09:49

 

2029-cu ilə qədər HİV-ə yoluxma halları altı dəfə arta bilər.

Bunu Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) baş direktoru Vinni Byanyima bildirib.

Onun sözlərinə görə, ABŞ bu virusla bağlı maliyyə dəstəyini dayandırarsa, 2029-cu ilə qədər ona yoluxma halları kəskin şəkildə artacaq.

"Amerika hökuməti fikrini dəyişməsə və liderliyini qorumasa, bu, milyonlarla insanın həyatının təhlükə altında olması ilə nəticələnəcək”, - Byanyima qeyd edib.

O qeyd edib ki, 2029-cu ilə qədər bu xəstəliyə yeni yoluxanların sayı 8,7 milyon nəfərə çata bilər.

Byanyima ABŞ prezidenti Donald Tramp və onun administrasiyasından AİDS-dən ən çox zərər çəkən Afrika ölkələrində "çaxnaşma və çaşqınlığa" səbəb olmamaq üçün maliyyələşdirməni birdən dayandırmamağı xahiş edib.

Xatırladaq ki, yanvar ayında ABŞ əksər xarici yardım proqramlarının dayandırılması barədə qərar verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30