xebermen.az

Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır

22-11-2024, 14:35

 

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.

Müvafiq qərar layihəsi Ermənistan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hüquqi aktların layihələrinin dərci üçün vahid internet saytında təqdim olunub.

Bildirilir ki, qərar layihəsinin qəbulu ehtiyatda olan rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, təlim-tərbiyə və hazırlıq səviyyəsinin artırılması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurətindən irəli gəlir.

Təlim məşğələləri zamanı hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031