xebermen.az

COP29-da qida tullantıları yenidən emal olunacaq

1-11-2024, 15:07

 

"Bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq".

Bunu COP29 üzrə Keytrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, burada qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək:

"Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil veriləcək. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılarından alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik".

O, həmçinin məlumat verib ki, ümumilikdə burada 1 200-dən çox əməkdaş çalışır:

"Bütün işçilər müayinələrdən keçirilərək sağlamlıq vəziyyətləri yoxlanılıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30