xebermen.az

21-ci əsrin ən yaxşı futbolçusu SEÇİLDİ - İlk 5-likdə kimlər var?

4-12-2024, 08:35

 

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "talkSPORT"un versiyasına görə 21-ci əsrin ən yaxşı oyunçusu seçilib.

Ilk beşliyə 37 yaşlı argentinalıdan əlavə portuqaliyalı Kriştiano Ronaldo, braziliyalı Ronaldinyo, fransız Zinəddin Zidan və ispan Andres İnyesta daxil olub.

Xorvatiya millisinin sabiq kapitanı Luka Modriç 14-cü, "Real"ın hücumçusu Kilian Mbappe isə 23-cü yeri tutub.

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami"yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. 2022-ci ilin dekabrında Messi Argentina millisi ilə dünya çempionu olub. O, millinin heyətində də 100-dən çox qol vurub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930