xebermen.az

Cüdoçumuz Avropa çempionatında qızıl medal qazandı

15-11-2024, 21:08

 

Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.

İdmançımız 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (60 kq) da qızıl medal qazanıb. Aydan Vəliyeva (52 kq) isə həlledici mərhələdə uduzaraq gümüş medalla kifayətlənib. Rüfət Şövlətov (73 kq) isə bürünc medal uğrunda qarşılaşmada qələbə qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031