xebermen.az

Karateçilərimiz Avropa çempionatından 3 medalla dönürlər

10-02-2025, 09:10

 

Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri yarışdan 3 medalla dönürlər.

Yığmanın heyətində Ələddin Məlikov (16-17 yaş / 68 kiloqram) gümüş, Vüsal Qənbərov (14-15 yaş / 52 kiloqram) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kiloqram) bürünc mükafata yiyələnib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30