xebermen.az

Bu şəhərimizdə “Zəfər parkı” salınacaq

20-12-2024, 18:58

 

Xankəndi şəhərində "Zəfər parkı" salınacaq.

Bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat verir.

Məlumata görə, artıq bununla bağlı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.

Belə ki, qurum şəhərdə "Zəfər parkı"nın salınması üçün söküntü işlərinə başlayır.

Publik hüquqi şəxs sözügedən işlərin icrasını "Şinkar Holding" MMC-yə həvalə edib və onunla dəyəri 2.994.837,4 AZN (2 milyon 994 min 837 manat 4 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Şinkar Holding" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon manat olan şirkətin qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930