xebermen.az

Bu tələbələrə təhsil krediti verilməyəcək

20-12-2024, 13:51

 

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil.

Bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

O bildirib ki, hazırda yalnız Azərbaycan vətəndaşı olan tələbələr üçün kreditlər nəzərdə tutulub.

Bəhruz Əzimov gələcəkdə xarici vətəndaşlara kredit verilməsinin mümkünlüyünü şərtli olaraq zaminliklə əlaqələndirib:

"Bu kreditlər yalnız Azərbaycan vətəndaşları üçün ayrılır. Gələcəkdə, zaminlik şərti ilə xarici vətəndaşlara da kredit verilməsi ehtimalı ola bilər, amma bu məsələ ilə bağlı indiyə qədər heç bir dəyişiklik yoxdur".

Bundan başqa qiyabi təhsil alan tələbələr üçün təhsil krediti ayrılması planlaşdırılmır. Əzimov bu tələbələrin əmək fəaliyyəti ilə məşğul olmaq imkanına sahib olduqlarını nəzərə alaraq belə bir qərarın hələ ki, mövcud olmadığını bildirib.

"Qiyabi təhsil alanlar üçün təhsil krediti ayrılması məsələsi Şuranın iclasında müzakirə ediləcək və Maliyyə yükü hesablanacaq," - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930