xebermen.az

Türkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari

20-12-2024, 13:41

Tramp Administrasiyasının Yaxın Şərq siyasətində prioritet məsələ ABŞ-ın iki müttəfiqi – Türkiyə və İsrail arasındakı rəqabəti idarə etmək olacaq.

Bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Nəşr qeyd edir ki, Suriya rejiminin süqutundan strateji qazanc əldə edən Türkiyə və İsraildir.

Türkiyəli mütəxəssis Gönül Tol bildirib ki, Ankara yeni Suriyanın uğurlu olmasını və Türkiyənin maraqlarının təmin edilməsini istəyir. Türkiyədə hesab edirlər ki, İsrail Suriyaya yalnız zərər vura bilər.

WSJ qeyd edib ki, İsrail üçün ən böyük nemət İranın “müqavimət oxu”nun süqutudur.

“Əsədin devrilməsindən sonra Türkiyə şübhəsiz ki, Suriyada hakim qüvvəyə çevrilib. Bu da öz növbəsində Ərdoğanı keçmiş Osmanlı torpaqları boyunca, Liviya və Somaliyə qədər uzanan coğrafiyada təsir dairəsi yaratmaq hədəfinə yaxınlaşdırır. Bu, həm də İranla rəqabəti özündə ehtiva edir”, - nəşr yazır.

Hadisələri nəşrə dəyərləndirən İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteyn isə bildirib ki, Türkiyə ilə münasibətlər pisdir, lakin hər zaman daha da psiləşməsi potensialı var: “Bu mərhələdə biz bir-birimizi təhdid etmirik, lakin Suriyada Türkiyənin dəstəklədiyi qüvvələrlə toqquşma perspektivləri mövcuddur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930