KFC-nin Əcəmi filialında müştərinin yeməyi götürüldü: “Zalda nəzarət edən əməkdaş yox idi”
“Real Azərbaycan” xəbər verir ki, bu barədə “Müştəriyəm, Şikayətim Var” Facebook qrupunda İnci Hüseynova adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.
Onun sözlərinə görə, burgerin çörəyi bayat olduğu üçün yeni sifariş vermək məqsədilə kassaya yaxınlaşıb. Bu zaman bir şəxs onun stolunun üzərindəki yeməyi icazəsiz şəkildə götürərək aparıb.
İ.Hüseynova bildirib ki, həmin vaxt çantası üzərində olub və buna görə şəxsi əşyalarının təhlükəsizliyindən narahat olmayıb. Onu daha çox təəccübləndirən məqam isə zalda bu kimi hallara nəzarət edən əməkdaşın olmaması olub.
“Çox biabırçı və xoşagəlməz vəziyyət idi. Ümid edirəm, filial rəhbərliyi belə halların qarşısını almaq üçün nəzarəti gücləndirər”, – deyə paylaşımda qeyd olunub.
Müştəri həmçinin filialda bəzi şəxslərin müştəriləri narahat etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: