Ölkənin ən kiçik iti Milli Qvardiyaya qəbul edildi
Meksikanın Milli Qvardiyası Komando adlı çixuauxa cinsindən olan iti xidmətə qəbul edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Komando ölkənin ən kiçik və qeyri-adi xidmət iti hesab olunur. Onun xüsusi təchizatına taktiki jilet, qoruyucu dəbilqə, xüsusi hazırlanmış eynək və başına bərkidilmiş kompakt kamera daxildir.
Hazırda 13 aylıq olan Komando gələcəkdə axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün xüsusi təlim keçir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: