Rusiyada “super həbsxanalar” tikiləcək: 20 mindən çox məhbus saxlanacaq
Rusiyada 2035-ci ilə qədər 7 böyük həbsxana kompleksi tikilməsi planlaşdırılır.
Bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, hökumət cəzaçəkmə sisteminin inkişafına dair federal proqramda dəyişiklik edib. Yeni komplekslərdə həm istintaq təcridxanaları, həm də məhkumların saxlanıldığı cəzaçəkmə koloniyaları yerləşəcək.
Rusiyalı jurnalistlərin “super həbsxanalar” adlandırdığı müəssisələrdə ümumilikdə 20 mindən çox şəxsin saxlanılması nəzərdə tutulur. Onlardan 5380-i təqsirləndirilən şəxs, 15120-si isə məhkum olacaq.
Komplekslərdə müasir müşahidə və təhlükəsizlik texnologiyalarından geniş istifadə ediləcəyi bildirilir.
Yeni plan ölkədə məhbus sayının son illərdə əhəmiyyətli dərəcədə azalması fonunda hazırlanıb. 2021-ci ildən etibarən məhbusların sayının təxminən 40 faiz azaldığı, bu prosesdə məhkumların Ukraynadakı müharibə üçün orduya cəlb edilməsinin də rol oynadığı qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: