xebermen.az

“Vivaldi” əməliyyatı: Yüzlərlə rus əsgər əsir düşüb, Ukrayna bu qədər ərazini azad edib

28-09-2026, 14:58

 

Ukraynada 3-cü Ordu Korpusunun “Vivaldi” əməliyyatının üçüncü mərhələsi başa çatıb.

Bu barədə 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski məlumat verib.

Onun sözlərinə görə, əməliyyatın üçüncü mərhələsi çərçivəsində Kramatorsk və Slovyanskın şimalında, Xarkov vilayəti ilə inzibati sərhədə yaxın ərazidə yerləşən bir sıra yaşayış məntəqələrinə nəzarət bərpa edilib.

Biletski bildirib ki, Karpivka və Novomixaylovka üzərində tam nəzarət bərpa olunub, Ridkodub və Katerinovka azad edilib. Həmçinin Novo yaşayış məntəqəsində Rusiya qüvvələrinin əsas logistika qovşaqlarından biri ələ keçirilib.

Komandir qeyd edib ki, əməliyyatın üçüncü mərhələsində 51 kvadratkilometr ərazi azad edilib. Ümumilikdə isə “Vivaldi” əməliyyatı çərçivəsində Ukrayna qüvvələrinin nəzarətinə keçən ərazinin sahəsi 176 kvadratkilometrə çatıb.

Komandir həmçinin əməliyyat zamanı köhnə sovet istehsalı zirehli transportyorların yerüstü robot-kamikadze vasitələri kimi istifadə edildiyini açıqlayıb.

Biletski iddia edib ki, əməliyyatın bu mərhələsində Rusiya qüvvələrinin canlı qüvvə itkisi 2 mini keçib, 250-dən çox rusiyalı hərbçi isə əsir götürülüb.

Onun sözlərinə görə, hücum əməliyyatlarında əsas rolu 3-cü hücum briqadasının bölmələri oynayıb, 3-cü sərhəd dəstəsinin hərbçiləri isə Ridkodub üzərində tam nəzarəti bərpa edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930