xebermen.az

Süni intellekt "qırmızı xətləri" keçdi - Ananın paylaşımı "Meta"nı dəyişiklik etməyə məcbur etdi

Dünən, 11:00

 

ABŞ-da bir ananın sosial şəbəkələrdə paylaşdığı video süni intellektin uşaqların illər ərzində internetə səpələnmiş məlumatlarını nə qədər sürətlə bir araya gətirə bildiyini göstərib.

"Meta AI" ailə üzvlərinin köhnə paylaşımlarından uşaqların adlarına, doğum məlumatlarına, fotolarına və maraq dairələrinə qədər bir çox təfərrüatı tapıb.

ABŞ-ın Yuta ştatında yaşayan Kali Robinsin sosial şəbəkədə paylaşdığı video uşaqların rəqəmsal məxfiliyi ilə bağlı yeni müzakirə başladıb.

Robins qızlarından biri ilə avtomobildə mahnı oxuduğu videonu Instagram-da paylaşıb. Video daha sonra "Facebook"da da yayımlanıb.

Qadın videoya yenidən baxarkən "Meta AI"nin paylaşımın altında təklif etdiyi sual diqqətini çəkib:

“Arxa oturacaqdakı uşaq kimdir?”

Robins təklif olunan suala tıkladıqda "Meta AI" videodakı qızının adını qeyd edib. Ardından təkcə bununla məhdudlaşmayaraq digər qızının da adını tapıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930