xebermen.az

Hava ilə bağlı son məlumat

Dünən, 17:09

 

Saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.

Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930