Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonunda bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.
Bu barədəFövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən tədbirlər nəticəsində 2 uşaq xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: