Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər.
Bu, nə dərəcədə mümkündür?
Sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam real və aktualdır:
"Çünki Azərbaycanda toy mərasimlərinin vəziyyəti anormal səviyyə çatıb. 500-1000 nəfərlik toylar ailələr və gənclər üçün ciddi yükə çevrilib. Gənclər bu istiqamətdə müəyyən çətinliklər çəkirlər. Nəticədə Azərbaycanda demoqrafik problem yaranıb. Artıq ölkədə artım tempi və uşaq doğumlarının sayı azalıb. Bunun səbəblərindən biri də toyların yaratdığı ağır yükdür".
Sosioloq bildirib ki, bu yük yüngülləşməli, toy prosesi asanlaşmalı və gənclərin qarşısındakı maneələr olmamalıdır:
"Ona görə də bunu nəzərə alaraq belə bir təklif irəli sürülüb. Mən bunu dəstəkləyirəm. Təklifin ayrı-ayrı detallarının fərqli olması mümkündür. Məsələn, iştirakçı sayı 100, 150 və ya 200 nəfər, toyun müddəti isə 2-3 saat müəyyənləşdirilə bilər. Əsas məsələ toyların gənclər üçün yaratdığı yükün yüngülləşdirilməsidir. Dövlət bu məsələyə müdaxilə etməlidir. Hazırkı formatda toylar gənclər üçün böyük yükdür. Ona görə də son illər Azərbaycanda evlilik və nikahların sayı kəskin şəkildə azalıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: