xebermen.az

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə - VİDEO

Bu gün, 13:38

 

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir.

Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur.

Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzərə alaraq, üç uşaqlı ailələrin də çoxuşaqlı ailə hesab edilməsini təklif edib.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Millətin sabitliyi üçün ailədə ən azı üç uşaq olmalıdır. İki uşaq bunu təmin etmir", - sakinlərdən biri deyib.

"Olmalıdır, məncə. Vaxtilə olub. Mənim anam da, qayınanam da üç uşağa görə pensiyaya çıxıblar", - başqa bir sakin bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930