Pezeşkian: "Nüvə silahı istehsal etmək niyyətində olsaydıq..."
İran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin (NSYM) bütün tələblərinə və beynəlxalq hüquq norma və prinsiplərinə sadiqdir.
Bunu İran Prezidenti Məsud Pezeşkian "India Today" telekanalına müsahibəsində deyib.
Prezident vurğulayıb ki, İrana qarşı səsləndirilən nüvə silahı ittihamları təcavüzü əsaslandırmaq üçün istifadə olunan təbliğatdır:
"Əgər nüvə silahı istehsal etmək niyyətində olsaydıq, NSYM-yə üzv olmazdıq. Beynəlxalq agentliyin müfəttişləri hər gün obyektlərimizə baxış keçiriblər. Ali Liderimiz də dəfələrlə nüvə silahı hazırlamadığımızı bəyan edib".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: