xebermen.az

Sinoptikdən anomal isti qış xəbərdarlığı

Dünən, 12:00

 

"Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç Rusiyanın böyük bir hissəsi üçün anomal isti qış proqnozlaşdırıb.

O, "RİA Novosti"yə açıqlamasında qarşıdan gələn qış üçün hava proqnozu barədə danışıb.

"Mənim fikrimcə, bu qış Rusiyada, (Arktika zonası, Şimali Sibir, Çukotka, Berinq dənizi, Çukotka dənizi istisna olmaqla) ölkəmizin əksər hissəsində anomal isti temperatur müşahidə olunacaq", - deyə sinoptik bildirib. O, qeyd edib ki, temperatur normadan 3-4°C yüksək olacaq.

Rusiyanın mərkəzi və cənub bölgələrində fevral ayında ən isti hava şəraiti müşahidə olunacaq. Bu anomal isti hava şəraiti fonunda yağıntılar da artacaq. Proqnoza görə, yanvar ayında 30-40% daha çox yağıntı olacaq.

Tişkoveç onu da izah edib ki, bu, "El Ninyo" iqlim fenomeni ilə əlaqədardır. Onun təsiri yaz və yay aylarında da hiss olunacaq.

Bununla belə mütəxəssis əlavə edib ki, bütün qış isti olmayacaq. Çoxlu qar yağa bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930