xebermen.az

Xankəndidə növbəti əmək yarmarkası olacaq

Dünən, 20:59

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Yarmarka sentyabrın 11-də saat 10:00-da Xankəndi Ticarət Mərkəzində (Xankəndi şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 7) keçiriləcək.

Tədbirdə dövlət və özəl sektoru təmsil edən 25 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə 200-ə yaxın vakansiya təqdim olunacaq.

Vakansiyalar Xankəndi şəhəri, Şuşa, Ağdam, Ağdərə və Xocalı rayonlarını əhatə edir.

Yarmarkada vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Tədbirdə Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn işaxtaranların şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930