xebermen.az

Eyfel qülləsi bağlandı - Qəribə səbəb

Bu gün, 11:04

 

Parisdə Eyfel qülləsi qadın əməkdaşların hindu dini nümayəndə heyətinin ziyarəti zamanı kənarda saxlanılmasına etiraz edən işçilərin tətili səbəbindən bağlanıb.

Hadisə ənənəvi hindu BAPS hərəkatının təxminən 100 üzvünün Eyfel qülləsinə təşkil olunan özəl səfəri zamanı baş verib. Nümayəndə heyəti Fransanın Sena-et-Marn departamentinin Bussi-Sen-Jorj şəhərində hindu məbədinin açılışı ərəfəsində keçirilən tədbirlər çərçivəsində Parisə gəlib.

Səfərdən əvvəl BAPS nümayəndələrinin Eyfel qülləsini idarə edən SETE şirkətinə müraciət edərək ruhani liderlərinin qadınlarla təmasının məhdudlaşdırılmasını istədiyi bildirilir. Şirkət rəhbərliyi bu tələbi qəbul edib.

Qərar qüllənin əməkdaşlarının etirazına səbəb olub və onlar sentyabrın 7-də tətil elan ediblər. Bundan sonra SETE açıqlama yayaraq sözügedən şərtlərin qəbul edilməsini yanlış addım kimi qiymətləndirib. Şirkət bildirib ki, bu yanaşma qurumun dəyərlərinə, qadın və kişilər arasında bərabərlik prinsipinə və ziyarətlərin təşkili zamanı qorunmalı olan neytrallıq qaydasına ziddir.

SETE qeyd edib ki, heç bir dini, mədəni və ya protokol səbəbi qadın və kişilər arasında bərabərlik prinsipindən kənara çıxmağa əsas ola bilməz.

Qərarın kim tərəfindən təsdiqləndiyi hələ məlum deyil. SETE-nin prezidenti Ariel Veil məsələnin aydınlaşdırılmasını, Paris meri Emmanuel Qreqvar isə hadisənin araşdırılmasını tələb edib.

Hadisənin SETE-nin növbəti idarə heyəti iclasında müzakirə olunacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930