xebermen.az

“Google” yüzlərlə hesabı bağlayacaq – Milyardlarla dollar oğurlanıb

Dünən, 09:57

 

Hindistanda hökumət “Google”dan yüzlərlə “Firebase” hesabını bağlamağı tələb edib.

Kibercinayətkarlar platformadan istifadə edərək böyük bankların saxta sayt və tətbiqlərini hazırlayıb, istifadəçiləri aldadaraq onların maliyyə məlumatlarını ələ keçiriblər.

Hindistan Kibercinayətkarlıqla Mübarizə Koordinasiya Mərkəzi (I4C) avqust ayında “Firebase”də yerləşdirilən azı 57 sayt və məlumat bazasının bağlanmasını tələb edib.

Onların arasında “State Bank of India”, “ICICI Bank” və “Axis Bank” kimi bankları təqlid edən saxta səhifələr də olub.

Kibercinayətkarlar istifadəçiləri saxta bank tətbiqlərini yükləməyə yönləndirərək kart məlumatlarını və birdəfəlik şifrələri oğurlayıblar.

Hindistan hökumətinin məlumatına görə, ölkədə kiberdələduzluq nəticəsində 2025-ci ildə vətəndaşların itkiləri təxminən 2,4 milyard dollar təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31