xebermen.az

Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır

Dünən, 09:52

 

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib və Kiyevlə qarşılıqlı faydalı əməkdaşlığın bərpa olunacağına ümid etdiyini bildirib.

Bu barədə “BelTA” məlumat yayıb.

Lukaşenko ukraynalılara müraciətində Belarusun xoş niyyətlə gələn hər kəs üçün açıq olduğunu vurğulayıb.

Belarus lideri iki xalq arasındakı tarixi əlaqələrə də toxunub. Onun sözlərinə görə, Belarus və Ukrayna xalqlarının taleləri əsrlər boyu sıx şəkildə bağlı olub.

Lukaşenko gələcək nəsillərin belaruslu və ukraynalılar arasında dostluğu qoruyacağına əminliyini ifadə edib. O, həmçinin Minsk və Kiyev arasında etimad, qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında əməkdaşlığın bərpa olunacağına ümid etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31