xebermen.az

Türkiyədən Ermənistana səfərlər başlayır - Turizm agentliyindən ŞOK ELAN

Dünən, 09:39

 

Türkiyənin “Gever turizm” turizm agentliyi Cənubi Qafqaz ölkələrinə — Ermənistan, Gürcüstan və Azərbaycana, həmçinin İran və İraqa turlar təşkil edir.

Bu barədə Ermenihaber.am məlumat yayıb.

Agentlik Vanda yerləşir, lakin səfərlər yalnız Vandan deyil, həm də Muradiyə, Çaldıran, Doğubayazıt, İğdır və Qarsdan həyata keçirilir.

Şirkətin “Instagram” səhifəsində Ermənistana 4 günlük turizm səfəri haqqında müntəzəm olaraq reklam kampaniyası aparılır. Agentlik İrəvan, Gümrü, Eçmiədzin, Tatev monastır kompleksi, Qarni, Geqard, “Daşların simfoniyası” və Sevan gölünə avtobus turları təşkil edir.

Məlumatda qeyd olunub ki, qeyd edilən marşrut üzrə səyahətin qiyməti 15 000 Türkiyə lirəsidir (təxminən 115 000 dram). Qiymətə rahat mikroavtobus, otel və bələdçi xidməti daxildir.

Sosial şəbəkələrdə Ermənistana edilən səfərlərdən müntəzəm olaraq video və fotoşəkillər dərc olunur, burada turistlər öz təəssüratlarını bölüşürlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31