xebermen.az

İstanbul çimərlikləri bağlandı

Dünən, 09:33

 

İstanbulun Yeşilköy rayonunda iki çimərlikdə yüksək bakterial çirklənmə səbəbindən dənizə girmək qadağan edilib.

Aparılan analizlərin nəticələrinə görə, Yeşilköydə polis bölməsinin və Beynəlxalq Hospitalın qarşısında yerləşən çimərliklərin suyunda bağırsaq çöpü (E. coli) və enterokokk bakteriyalarının miqdarının normadan artıq olduğu müəyyənləşib. E. coli-nin səviyyəsi 100 millilitr suda 1800 koloniya əmələ gətirən vahidə (KƏV) çatıb ki, bu da suyun keyfiyyətinin "pis" kateqoriyasına aid olduğunu göstərir.

İstanbul Səhiyyə İdarəsi Bakırköy bələdiyyəsinə müraciət edərək, çimmək üçün nəzərdə tutulan ərazilərin müvəqqəti bağlanmasını və əhalinin xəbərdarlıq lövhələri, elanlar və digər vasitələrlə məlumatlandırılmasını tələb edib.

Qurumdan bildirilib ki, E. coli və enterokokkların törətdiyi infeksiyalar fekal-oral yolla yayıla bilər. Belə infeksiyalar ishal, ürəkbulanma, qusma, qızdırma və qarında spazmlara səbəb olur.

Türkiyədə dəniz suyunun keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Çirklənmə mənbələrinin aradan qaldırılmasına isə problemin mənşəyindən asılı olaraq bələdiyyələr və digər aidiyyəti qurumlar cavabdehdir./Lent.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31