xebermen.az

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna yeni bina təklif olunub

Bu gün, 12:36

 

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna Rumıniyanın keçmiş baş konsulluğunun binasında yerləşmək təklif edilib.

Bunu Sankt-Peterburqda xarici nümayəndəliklərə xidmət göstərən "İnpredservis" müəssisəsinin baş direktoru Vladimir Zapevalov bildirib.

Rumıniya nümayəndəliyi Qoroxovaya küçəsi, ev 4 ünvanında yerləşirdi.

"Biz artıq onlara Rumıniyanın keçmiş konsulluğunun binasını təklif etmişik, dünən rəsmi məktubu imzaladım", - deyə Zapevalov bildirib.

Müsbət cavab veriləcəyi təqdirdə, sahələr təmir olunacaq və Azərbaycan tərəfinə təhvil veriləcək.

Daha əvvəl Azərbaycan Sankt-Peterburqda yeni yerləşmə yeri üçün müraciət etmişdi. Müraciət əsasında diplomatik korpusa Bolqarıstanın Sapyornı döngəsindəki keçmiş baş konsulluğunun binası təklif olunsa da, sahəsinə görə münasib hesab edilməmişdi. Hazırda Azərbaycanın baş konsulluğu 2-ci Sovetskaya küçəsində fəaliyyət göstərir.

Qeyd edək ki, iyunun 25-də Rusiya Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunu arzuolunmaz şəxs elan edərək, respublikaya baş konsulluğun fəaliyyətini dayandırmaq üçün 30 gün vaxt vermişdi. Bu, Rumıniya XİN-in Rusiyanın Konstantsadakı baş konsulluğuna qarşı analoji qərarına cavab addımı idi. Rumıniyalı diplomatlar iyulun 24-də Qoroxovayadakı binanı tərk ediblər.

İyulun sonunda Rumıniya, həmçinin Moskvadakı səfirini geri çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31