xebermen.az

Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə

Bu gün, 12:35

 

Portuqaliya Prezidenti Antoniu Joze Sequru ultras sağçı qüvvələrin təşəbbüsü ilə hazırlanan və ictimai yerlərdə üzün örtülməsini qadağan edən qanunu imzalayıb.

Sənəd sağçı hakim koalisiya və ultras sağçıların dəstəyi ilə təsdiqlənib, solçu partiyalar isə əleyhinə səs veriblər. Bu tədbir çadra taxan müsəlman qadınları hədəf alan addım kimi qiymətləndirilir.

Qanun ictimai yerlərdə üzü gizlətmək üçün nəzərdə tutulmuş və ya şəxsiyyətin müəyyən edilməsinə mane olan geyimlərin geyinilməsini, həmçinin hər hansı şəxsi cinsi, dini, yaşı və ya mənşəyi ilə bağlı səbəblərdən üzünü örtməyə məcbur etməyi qadağan edir.

Qanunvericiliyi pozanları 150 avrodan 3 000 avroyadək cərimə gözləyir. Tibbi, peşə, bədii və ya hava şəraiti ilə bağlı zərurətlər, eləcə də ibadət evləri, diplomatik nümayəndəliklər və təyyarələrin göyərtələri üçün istisnalar nəzərdə tutulur.

Hüquq müdafiəçiləri bu cür qadağaların qadınlara necə geyinəcəklərini diktə edərək faktiki olaraq onların hüquqlarını məhdudlaşdırdığını bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31