xebermen.az

Çin ilk dəfə daşıyıcı raketi uğurla yerə endirib

Bu gün, 13:03

 

Çinin özəl aerokosmik "LandSpace" şirkəti "Zhuque-3" (ZQ-3) kommersiya daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib.

Bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, ZQ-3 Çinin yalnız uğurla buraxılışı deyil, həm də quruya nəzarətli enişi icra edən ilk kommersiya buraxılış vasitəsi olub. Uçuş, yerli vaxtla səhər saat 07:35-də (Bakı vaxtı ilə səhər saat 03:35-də) ölkənin şimalındakı Szyuquan kosmodromundakı "Dunfen" buraxılış meydançasından baş tutub.

ZQ-3-ün ilk qurğusu Çinin şimal-qərbindəki Qansu əyalətinin Minszin dairəsində xüsusi hazırlanmış əraziyə planlaşdırılan vaxtda eniş edib. Bu nailiyyət Çinin təkrar istifadə edilə bilən daşıyıcı raketlərinin yaradılması üçün əsas texnologiyaların mənimsənilməsində əhəmiyyətli irəliləyiş hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31