xebermen.az

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

18-08-2026, 18:16

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisə və mərkəzlərində, eləcə də qurumun sifarişi ilə yaradılmış günərzi və reabilitasiya mərkəzlərində hazırda 4 minədək uşağa sosial xidmət göstərilir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən əlilliyi bulunan həmin uşaqlardan 882 nəfəri stasionar, 2 936 nəfəri yarımstasionar, 165 nəfəri isə ambulator formada xidmətlərlə təmin olunur.

Mütəxəssislər tərəfindən uşaqların reabilitasiya potensialının reallaşdırılması, funksional bacarıqlarının inkişafı və cəmiyyətə inteqrasiyası istiqamətində müvafiq işlər aparılır.

Bundan əlavə, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə onların özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilir.

Medial

Medial

Medial

Medial






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031