xebermen.az

İmran Xan üçün mühüm qərar - İllər sonra həbsxanadan çıxır

Dünən, 18:13

 

Pakistan Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir və Pakistan Ədalət Hərəkatı Partiyasının qurucusu İmran Xanın xəstəxanaya köçürülməsinə qərar verib.

Məhkəmənin qərarına əsasən, 73 yaşlı siyasətçi iki gün ərzində Ravalpindidəki Adiala həbsxanasından İslamabaddakı Şəfa Beynəlxalq Xəstəxanasına aparılacaq.

İmran Xanın müalicəsinə nəzarət etmək üçün tibbi şura da yaradılacaq. Şuraya onun bacısı, həkim Uzma Xan və şəxsi həkimi Faisal Sultan daxil ediləcək.

Qərara əsasən, Xanın ailə üzvlərinin xəstəxanada onunla görüşməsinə, xaricdə yaşayan oğulları ilə danışmasına da icazə veriləcək.

Qeyd edək ki, İmran Xan 2023-cü ildən həbsdədir. Xanın və rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı partiyasının açıqlamasına görə, ona qarşı irəli sürülən korrupsiya ittihamları siyasi məqsədlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31