xebermen.az

Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir

15-08-2026, 10:38

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın şimal bölgəsində yerləşən Quba rayonunda yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Nocomment.az-a açıqlama verib.

“Bəli, bu dəqiqələrdə Quba rayonunda zəlzələ baş verib. Zəlzələnin gücü 5 bala yaxın olub, ətraf rayonlarda da hiss edilib. Güman edirəm ki, ciddi dağıntılar olmayacaq. Yaxın günlərdə təkrar təkanlar gözlənilir”.

O, bildirib ki, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur.

“Bu yeraltı süxurlarda gərginliyin artması ilə ortayaçıxan prosesdir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031