xebermen.az

“Bakıkart”la bağlı yeni qərar: Kartlar dəyişə bilər

Bu gün, 10:36

 

Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə “Bakukart”la aparılır. Nəzərə alsaq ölkənin digər böyük şəhərlərinin öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərlərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür.

Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, adları dəyişə bilərmi? Məsələn, Bakıda “BakuKart” olduğu kimi, Naxçıvanda “NaxçıvanKart”, Sumqayıtda “SumqayıtKart” və s. Regional nəqliyyat kartlarının yaradılması nə dərəcədə mümkündür?

Axar.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür.

Ölkənin bütün ərazilərində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü əsas məqsədlərdən biridir. Ölkənin nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi, bir-birində keçərli olması qarşıya qoyulan əsas hədəflərdən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31