xebermen.az

Avqustun 15-dək günorta saatlarında açıq havada işləmək qadağan edildi - Şimali Kiprdə

Dünən, 13:23

 

Son günlər Şimali Kiprdə hökm sürən anomal isti hava əmək şəraitinin pisləşməsinə səbəb olub.

Buna görə də avqustun 15-dək ölkə ərazisində hər gün saat 12:00-dan 16:00-dək açıq havada işləmək qadağan edilib.

Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Əmək Nazirliyi qərar verib.

Nazirlik işəgötürənlərə iş gününün başlanğıcını daha erkən saatlara keçirməyi tövsiyə edib.

Qeyd edək ki, ölkədə havanın temperaturu bəzi ərazilərdə 43 dərəcəyə çatır. Analoji qadağa iyulun 22-dən avqustun 1-dək də qüvvədə olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31