xebermen.az

“Türkiyəni terror təhlükəsindən həmişəlik xilas edəcəyik” - Ərdoğan

Dünən, 13:22

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunan "Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsi haqqında" qanun layihəsi ilə bağlı paylaşım edib.

Türkiyə lideri bu barədə "X" hesabında yazıb.

R. T. Ərdoğan bu addımın ölkədə və regionda sülh mühitini gücləndirəcəyini vurğulayıb:

"Hərtərəfli məsləhətləşmələr nəticəsində hazırlanan bu qanun layihəsi əziz millətimizin həll iradəsini əks etdirən geniş konsensusla Qazi Məclisimizin təqdirinə təqdim olundu.

Türkiyəni terror təhlükəsindən həmişəlik xilas etməyi, milli birlik və bərabərliyimizi möhkəmləndirməyi, ölkəmizdə və bölgəmizdə hüzur iqlimini gücləndirməyi hədəfləyən bu adımın xeyirli olmasını diləyirəm.

İstər qanun layihəsinin təkmilləşdirilməsinə, istərsə də prosesin uğurla nəticələnməsinə töhfə verən başda "Cumhur İttifaqı"ndakı tərəfdaşımız Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Bağçalı olmaqla, bütün siyasi partiya qruplarına və deputatlarımıza təşəkkür edirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31