xebermen.az

Hacıyev “erməni soyqırımı” barədə İsraillə aparılan danışıqların detallarını açıqladı

Dünən, 16:54

 

“İsraildə qondarma erməni soyqırımı iddiaları gündəmə gələndə bunu ən sərt şəkildə pisləyən ilk ölkə biz olduq. Bu məsələdə bizim üçün heç bir sual işarəsi yoxdur və ola da bilməz, bu, bizim qırmızı xəttimizdir”.

Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində deyib.

“Cənab Prezidentin tapşırığı ilə İsrail tərəfi ilə əlaqə saxlayıb bildirdik: “Etdikləriniz doğru deyil. Əgər bu məsələ ilə Türkiyəni narahat edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Türkiyə üçün bu mövzu artıq köhnə təbliğat mövzusudur. Bu, 1950-70-ci illərdə Qərbin Türkiyəyə qarşı istifadə etdiyi ritorika idi. Bu addımla siz Türkiyə-İsrail münasibətlərinə daha çox zərər vurarsınız. Eyni zamanda Azərbaycan-İsrail münasibətlərinə və Azərbaycan ictimaiyyətində İsrailə münasibətə də mənfi təsir göstərə bilərsiniz. Nəticədə bu addım sizə heç nə qazandırmayacaq. Ona görə də bundan geri çəkilməyiniz daha məntiqli olardı”.

Bunun düzgün qərar olmadığını qəbul etdilər və qısa müddətdə geri çəkilməsinin vacibliyini anladılar. Bu, bizim borcumuzdur. Buna görə təşəkkür gözləmirik. Bu, bizim qardaşlıq borcumuzdur”, - Hacıyev vurğulayıb.

Azərbaycan prezidentinin köməkçisi müsahibənin davamında qeyd edib:

“Bir çox məsələdə Ankara ilə məsləhətləşsək də, bu məsələ ilə bağlı Ankara ilə danışmadan addım atdıq. Çünki “bir millət, iki dövlət” prinsipi də bunu tələb edir. Şuşa Bəyannaməsinin fəlsəfəsi də məhz budur. Əgər masada Türkiyə olmayacaqsa, Azərbaycan var. Biz də öz sözümüzü dedik”.

Hikmət Hacıyev Azərbaycanın Fələstinlə bağlı mövqeyini də açıqlayıb:

“Bu məsələ ilə bağlı zaman-zaman çirkli təbliğat aparıldığını görürük. Azərbaycanın Fələstin məsələsində prinsipial mövqeyi var. Bu mövqe iki dövlətli həll prinsipinə əsaslanır. Şərqi Qüdsün paytaxt olduğu müstəqil Fələstin dövlətinin yaradılması bu yanaşmanın əsasını təşkil edir.

Azərbaycanın Ramallahda diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Fələstini dövlət kimi tanıyır və bu mövqeyini davam etdirir. Fələstin Baş naziri Azərbaycana səfər edib, biz onu dinləmişik. Onun bizə çatdırdığı müəyyən müraciətlər olub. Biz də həmin müraciətləri İsrail tərəfinə çatdırmışıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31